!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın “sonsuza qədər savaş” POTENSİALI: “İran, Suriya, yoxsa Şimali Koreya ona kömək edəcək?”

!Reklam – Yazi

“Düyü tarlalarında istifadə edilməli olan traktorları artilleriya qoşquları qismində işlədirlər”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam etdirmək imkanlarını dəyərləndirən hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Rusiyanın özünə yaxın saydığı ölkələrdən heç biri Moskvaya yetərli dəstək vermək imkanında deyil:

“İranın elə bir hərbi potensialı yoxdur ki, bu gün Rusiyanı zəruri silah və texnika ilə təmin edə bilsin. Bu, İran üçün kifayət qədər genişmiqyaslı müüharibədir.

Şimali Koreya üçüncü ölkələr vasitəsilə Rusiyaya silah göndərməyə cəhd göstərir. Ancaq onun silah və texnikaları öz sözlərini deyiblər. Düyü tarlalarında istifadə edilməli olan traktorları artilleriya qoşquları qismində işlədirlər.

Suriya? Bu ölkənin özü Rusiyadan aldığı silahlar hesabına özünü qoruya bilir. Ona görə də Rusiyanın uzunmüddətli müharibə aparmaq imkanları azdır”.

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv