Fevralın 18-nə keçən gecə Rusiyanın Suriyadakı Xmeymim aviabazasına PUA hücumu edilib.
Yenicag.az xəbər verir ki, bunu rusiyalı hərbi müxbir Oleq Bloxin deyib.
“Yerli vaxtla saat 2:30-da bazada döyüş xəbərdarlığı elan edildi. “Pantsir” demək olar ki, dərhal işə başladı. Silah və partlayış səsləri eşidilirdi. Bir saat sonra atışma praktiki olaraq dayandı, lakin həyəcan siqnalı uzun müddət davam etdi. Bu hadisə bir daha sübut edir ki, Suriyadakı bazalarımızın normal fəaliyyət göstərməsinə imkan verilməyəcək”, – o bildirib.
Bloxin hücumun arxasında Əsəd rejimini devirən “Heyət Təhrir əş-Şam” qruplaşmasının ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hücum faktı barədə rəsmi məlumat yaymayıb.
www.yenicag.az