“ABŞ Rusiyanın Moskvada törədilən terror aktında Ukraynanın əli olması barədə iddialarını şərh edib”.
Yenicag.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller “Crocus City Hall” konsert zalında baş verən terror aktında Ukraynanın əli olmadığını bildirib.
Onun sözlərinə görə, Moskva Ukrayna tərəfinin terror aktında iştirakı ilə bağlı “təbliğat və dezinformasiya” yayır və bu yolla Rusiya hakimiyyəti “xüsusi hərbi əməliyyat”ın keçirilməsinə “haqq qazandırmağa” çalışır.
www.yenicag.az