Rusiyanın yeni hədəfi BU ÖLKƏDİR – Moskvada işğal planları CIZILIR?

media-hightechnic-468x90

“Putin Baltikyanı ölkələrə hücum etmək üçün Belarus ərazisinə qoşun yığmaqla dünya ölkələri yanıltmağa çalışa bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

media-natiqmiri1

Politoloq Estoniyanın sərhədlərində özünümüdafiə tədbiri görməsi haqqında yayılan iddialara münasibət bildirib.

İlk öncə Rusiya-Ukrayna müharibəsinin hazırkiı vəziyyəti haqqında danışan N. Miri qeyd edib ki, hərbi yolla Ukraynanı tam işğal edə bilməyən Rusiyanın növbəti strateji xətti ondan ibarətdir ki, hərbi yolla edə bilmədiklərini dolayısıyla ABŞ prezidenti Donald Trampın əli ilə nail olsun:

“Bu kontekstdə Rusiyaya ən böyük əngəl olan geosiyasi amil Avropa İttifaqıdır. Çünki ABŞ Ukraynaya yardımları dayandırmış olsa da, Avropa İttifaqı həm maliyyə, həm hərbi təchizat baxımından Ukraynaya yardım etməyə davam edir. Rusiya sülh masasına oturana qədər bu yardımların davam edəcəyini bəyan etdilər. Bu gün Rusiyanın geosiyasi istəklərinə əngəl olan ən böyük amillərdən biri Ukraynanı dəstəkləyən Qərb dünyası, Avropa Birliyidir”.

Natiq Miri hesab edir ki, Putin NATO-nu sıradan çıxarmaq üçün ABŞ prezidentindən maksimum istifadə etməyə çalışır:

“Eyni zamanda Rusiya düşünür ki, bu gün Donald Tramp yeganə siyasi amildir ki, məhz onun vasitəsilə Qərbi zəiflədib NATO-nu parçalamaq və tamamilə təsirsiz hala gətirmək mümkündür. Çünki ABŞ rəhbərliyinin NATO-ya münasibəti dəyişib. Baxmayaraq ki, artıq NATO ölkələrinin böyük əksəriyyəti ÜDM-in 5%-ə qədər maliyyəni NATO büdcəsinə ödəməyə razılıq verib. Bununla belə, ABŞ NATO üzvü olan Aİ ölkələrini müdafiə etməyəcəyini bəyan edir. Bu açıq şəkildə NATO-nun zəiflədilməsi görüntüsü yaradır ki, Rusiya məhz bundan istifadə etmək istəyir. Bu kontekstdə baş verən hadisələr regionda Rusiyanın Belarusla hərbi təlimlər adı ilə bu ölkəyə cəmləşdirmək istəməsidir. Bu özü ilə bərabər böyük təhlükələr vəd edir. Ukrayna məhz yeni Belarus cəbhəsinin açılması ilə bağlı hazırlıqlar görür, çünki belə bir hücum real ola bilər, baxmayaraq ki, prezident Lukaşenko Belarusun ikinci cəbhə açılmasına imkan verməyəcəyini bəyan edib, ancaq Lukaşenkoya bu məsələdə etimad etmək asan deyil”.

Politoloq qeyd edib ki, Rusiya Belarusa qoşun yeritməklə çaşdırıcı manevr də edə bilər:

“Digər tərəfdən, Rusiya qoşunlarının məhz Belarusda cəmləşməsi aldadıcı da ola bilər. Ukraynaya yönəlik ikinci cəbhə gözləntisi olduğu təqdirdə, Rusiya qoşunları Şərqi Avropa ölkələrinə hərbi müdaxilə də edə bilər. Bu, Avropanı qorxutmaq, müharibəni Avropa ərazisinə daşımaq istəyindən irəli gəlir ki, artıq öz ərazisində partlayışları hiss edən Avropa dərhal geri çəkilər və Ukraynanı təchiz etməkdən imtina edə bilər. Bu kontekstdə bu qoşunların Baltikyanı ölkələrə də hərbi təcavüz edə biləcəyi ehtimalı da gözdən keçirilir. Çünki, Qərb Avro-Atlantik məkanının hərbi cəhətdən ən zəif zənciri Şərqi Avropa ölkələri və Baltikyanı ölkələrdir”.

Rusiyanın növbəti hədəfinin Baltikyanı ölkələr ola biləcəyini bildirən politoloq fikirlərini bu sözlərlə tamamlayıb:

“Bu ölkələri nisbətən kiçik olduğu üçün işğal etmək Rusiya üçün o qədər də böyük problem deyil. Ona görə də Rusiyanın belə bir addım atması düşünülür. Estoniya və digər Baltikyanı ölkələr də həm özünümüdafiə, həm də NATO müttəfiqləri kontekstində hərbi texnika və gücləri cəlb etməyə çalışır. Bir növ Rusiya təcavüzünə hazırlıq görürlər. Rusiya hərbi müdaxilə edəcəkmi? Açığı, Putin proqnozlaşdırılacaq adam deyil və təbii ki, Ukraynada müharibəni bitirmək də istəmir. Ona görə də Rusiyadan Estoniyaya qarşı işğal istəyi gözləntiləri var və buna görə də Estoniya müəyyən hazırlıqlar görür. Rusiya isə buna yönəlik addım atacaqmı? NATO-nu indiki zəifləmiş durumunda ciddi qəbul edərək Qərb ölkələrinə təcavüz edəcəkmi? Bunu yaxın zaman çərçivəsində görəcəyik”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa