!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya 330 milyonluq ZƏRBƏ: Kanadadakı aktivləri donduruldu

!Reklam – Yazi

Kanada Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalara uyğun olaraq, növbəti qərarını elan edib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə qərar Kanada Kral Atlı Polisinin bəyanatında qeyd olunub.

Bəyanatda qeyd olunur ki, Kanadanın Rusiyaya qarşı növbəti sanksiya zərfi bu ölkənin Ukraynaya qarşı hərbi təcavüzünə etiraz xarakteri daşıyır:

“Kanada Kral Atlı Polisi bəyan edir ki, bu il fevralın 24-dən SEMA-nın Rusiyaya münasibətdə qəbul etdiyi reqlamentə uyğun olaraq, bu ölkənin ümumilikdə 412 milyon Kanada dolları (330 milyon ABŞ dolları – red.) məbləğində aktivləri dondurulub”.

Bəyanatda bildirilib ki, bu məbləğ əldə olunan yeni informasiyalar əsasında müntəzəm qaydada yenilənəcək.

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv