Rusiyaya qarşı hərbi təlimdə nazirlər iştirak etdi

media-hightechnic-468x90

Avropa müdafiə nazirləri və generalları Rusiya ilə mümkün müharibəni simulyasiya edən təlimlərdə iştirak ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

“Təlim zamanı iştirakçılardan Rusiyanın düşmənçilik hərəkətləri barədə məlumatlara optimal cavabı müəyyən etmələri istənilib. Ssenariyə əsasən, müdafiə nazirləri və generallar hadisələrlə bağlı qəzet xəbərləri, fraqmentli kəşfiyyat məlumatları və sosial mediadan materiallar əldə ediblər. Bu məlumatlara əsasən, onlar lazımi tədbirlər barədə qərarlar qəbul etməli idilər”, – məlumatda deyilib.

Böyük Britaniyanın müdafiə naziri Con Hili də təlimlərin əhəmiyyətini şərh edib:

“Şimali Avropa ölkələri Rusiyanın hərbi obyektlərinə çox yaxın məsafədə yerləşir. Bu dövlətlər riskləri qiymətləndirmək və təhdidlərə effektiv şəkildə cavab vermək, eləcə də NATO-nu bu cür çağırışlara daha ciddi yanaşmağa təşviq etmək üçün daha yaxşı mövqedədir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa