Ruslar Jirinovskinin mandatının ləğvini tələb edir

media-hightechnic-468x90

kjkjkjiRusiya vətəndaşları Dövlət Dumasının deputatı, Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin deputat mandatının ləğv edilməsi ilə bağlı müraciət ünvanlayıblar.

Müraciət Dövlət Dumasının sədri Sergey Narışkinə ünvanlanıb.

Müraciətdə deyilir:

Aprelin 18-də Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ölkənin ən mühüm siyasi qərarlarının qəbul olunduğu bir yerdə çoxsaylı jurnalistlərin, aparıcı telekanalların kamerası önündə hamilə jurnalisti təhqir edib. Bundan başqa vətəndaş Jirinovski özünün təhqiramiz ifadələrində “müqəddəs Xristos” sözünü işlətməklə pravoslav inancını təhqir edib.

Biz, övladları olan Rusiya qadınları hesab edirik ki, Dövlət Duması deputatının bu hərəkəti ölkənin ali orqanına, eləcə də Vətənimizin simasına qarşı tərbiyəsizlikdir və ölkəmizi təhqir etdiyinə görə, vətəndaş Jirinovskinin deputat mandatının ləğv olunmasını tələb edirik.

Qeyd edək ki, aprelin 18-də Rusiya Dövlət Dumasının iclasından əvvəl Vladimir Jirinovski ona sual verən xanım jurnalisti təhqir edərək, onu zorlamaqla hədələmişdi(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600