Saakaşvili həbsdə qaldı - YENİ QƏRAR

media-hightechnic-468x90

Tbilisinin Apellyasiya məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı azadlığa buraxılmaması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik georgia” məlumat yayıb.

Qeyd edək ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb.

Saakaşvili bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05