Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saakaşvili tibbi yardımdan imtina etdi

“Mixeil Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir”.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu onun ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, M.Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək.

Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib.

M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi.

www.yenicag.az

153
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100