Ukraynada üsyançı eks-qubernator Mixail Saakaşvilinin hakimiyyətə qarşı çıxışları davam etməkdədir. Gürcüstanın keçmiş prezidenti gizlətmir ki, hərəkata rəhbərlik etmək və yeni aksiyaların təşkili üçün ona pul lazımdır.
Saakaşvili bunu da qeyd edib ki, ona oliqarxların pulları lazım deyil, lakin orta və kişik biznes nümayəndələrinin köməyindən imtina etmir. “Əlbəttə, mənə yaşamaq, benzin doldurmaq, hərəkət etmək lazımdır və bunlar hamısı pulladır. Lakin həmin pullar qətiyyən FTX-nin, yaxud oliqarxların pulları deyil. Mənə kömək etmək istəyən insanlarındır. Kimsə 500 dollar verir, kimisi 1000 dollar”, – Saakaşvili özünün maliyyə vəziyyətini izah edib.
Ukrayna hakimiyyəti və hüquq-mühafizə orqanları Saakaşvilinin əsas maliyyə mənbəyi kimi Ukraynanın keşmiş prezidenti Viktor Yanukoviçin ətrafındakı adamların, ələlxüsus da iş adamı Sergey Kurçenkonun adını çəkirlər.
Lakin müstəqil ekspertlərin fikrincə, Saakaşvilinin fəaliyyətini hazırkı hakimiyyətdən küsülü olan iş adamları və bir sıra şirkət rəhbərləri maliyyələşdirir. Onların arasında Ukraynada yaşayan azərbaycanlılarəın diaspor təşkilatının keçmiş rəhbəri, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyevin əsas tərəfdaşlarından biri, iş adamı Oqtay Əfəndiyevin də adı hallanır.
Kiyevin fəxri vətəndaşı olan Oqtay Əfəndiyevin rəhbərlik etdiyi “Podol – Restavrasiya” şirkəti dəfələrlə korrupsiya qalmaqallarının mərkəzi fiquru olub. Belə hadisələrdən biri ötən il Podolda baş verib. Söküləcək binadan çıxmaq istəməyən sakinlər qorxudulub, hətta hadisə şahidlərinin sözlərinə görə, Əfəndiyev şəxsən onlardan bir neçəsini döyüb.
Lakin bir müddətdən sonra azərbaycanlı iş adamının biznesinin süqutu başlayıb. Bunun səbəbi odur ki, tenderlərin əksəriyyətində Ukrayna prezidenti Pyotr Poroşenkonun və Kiyevin meri Vitali Kliçkonun adamlarının şirkətləri qalib gəlməyə başlayıb. Yeri gəlmişkən, bu yolla Kiyevdə bir neçə tikinti şirkəti müflisləşdirilib.
Hakimiyyətdən incik düşmüş bir çox iş adamları kimi, Əfəndiyev də Saakaşvilinin müxalif hərəkatı maliyyələşdirməyə başlayıb. Deyilənə görə, bunun əvəzində o, Odessa vilayətinin keçmiş qubernatorundan hakimiyyətə gələcəyi təqdirdə Kiyevdə və Odessada aparılacaq tikinti işlərinin bir hissəsinin ona verilməsini istəyib.
Oqtay Əfəndiyevin Saakaşvilinin dəstəklənməsinə 100 min dollardan çox vəsait ayırdığı deyilir. Bundan başqa, onun sahibi olduğu restoranlar Saakaşvilinin üsyançı tərəfdarlarının aksiyalar vaxtı yedizdirilməsini öz boyunlarına götürüblər.
Ukrayna Təhlükəsizlik Xiodməti isə elə həmin vaxt iş adamlarının Saakaşvilinin maliyyələşdirilməsində iştirakları barədə faktları toplayır. /haqqın.az
www.yenicag.az