Saakaşvilinin Gürcüstana necə gəldiyi açıqlandı

media-hightechnic-468x90

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 2021-ci ildə respublikaya gizli gəlişi Ukrayna hərbi kəşfiyyatı tərəfindən planlaşdırılıb və həyata keçirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Gürcüstana gəlməzdən bir neçə gün əvvəl eks-prezident Brüsseldə olub və orada Avropa Komissiyası və Avropa Parlamentinin nümayəndələri ilə görüşüb. Papuaşvili xatırladıb ki, o vaxt Saakaşvili bankir Sandro Qirqvlianini ləğv etməkdə və Gürcüstan parlamentinin deputatı Valeri Gelaşvilini döyməkdə ittiham olunaraq artıq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Martın 12-də Tbilisi Şəhər Məhkəməsi siyasətçini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05