Saakaşvilinin yenidən hakimiyyətə qayıtma şansı yaranıb?

media-hightechnic-468x90

SaakashvlilFikrət Sadıxov: “Saakaşvilinin yenidən qayıdış zamanı hələlik yetişməyib”

 Hazırda Gürcüstanda siyasi krizis hökm sürür. 7 nazirin istefasından sonra “Gürcü arzusu” koalisiyasından ibarət Gürcüstan hökuməti bütövlükdə istefaya gedib. Düzdür, yeni hökumətin də parlamentdə çoxluq təşkil edən iqtidar partiyası “Gürcü arzusu” koalisiyasından formalaşacağı ehtimalı daha güclüdür. Amma hər halda baş verən bu siyasi  krizis hazırkı gürcü hökumətinin əsas rəqibi olan Saakaşvilinin mövqelərinin möhkəmlənməsinə də xidmət edə bilər.

Görəsən, Gürcüstandakı siyasi krizis Saakaşvilinin hakimiyyətə yolunu aça bilərmi?

Yenicag.az-a açıqlamasında politoloq Fikrət Sadıxov Saakaşvilinin hakimiyyətə doğru yolunun hələlik açılmadığını düşünür: “Hazırda Gürcüstanda baş verən siyasi böhran bir sıra siyasi partiyalar arasında və ölkənin yolunun hansısa istiqamət üzrə seçilməsi yolları ətrafında baş verən qarşıdurmanın nəticəsidir. Təbii ki, belə bir fonda Saakaşvilinin şansları və siyasi nüfuzu müəyyən dərəcədə daha da yüksəlir.  Amma bu heç də o demək deyil ki, hazırkı siyasi vəziyyətdə Saakaşvili asanlıqla hakimiyyətə gələ bilər. Zənnimcə, onun yenidən qayıdış zamanı hələlik yetişməyib”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600