Saakaşviliyə Ukraynada leqal yaşamağa icazə verildi

Ukrayna vətəndaşlığından məhrum edilən Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə qanuni əsaslarla Ukrayna ərazisində olmaq hüququ verilib.

Yenicag.az xəbər verir ki, bu barədə o, özünün “Facebook”dakı rəsmi səhifəsində yazıb:

“Axır ki, bu gün Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal yaşadığıma dair sənəd aldım. Əlbəttə ki, mən bununla kifayətlənmirəm. Məhkəmə vasitəsilə vətəndaşlığımın bərpa edilməsinə çalışıram”.

Qeyd edək ki, bu ilin iyulunda Ukrayna prezidenti Petro Poroşenko Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Miqrasiya Xidmətindən bildirilib ki, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.