Efirlərdə görünməyən Əli Mirəliyev: "Həkimlər deyir, hələ ölməmisən, böyük işdir"
“Həkimlər deyir ki, bu qədər emosional danışmaqla hələ də sağsan, bu, böyük işdir”.
Bunu Yenicag.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.
Xeyli vaxtdır efirlərdə görünməyən müğənni səhhətində yaranan problemlərdən danışıb:
“Deyirlər, bu canıyananlığınla, musiqinin qorunması üçün apardığın mübarizədə özünü məhv etdin. Düz deyirlər, mən bu yolda çox əziyyət çəkdim. Amma nə olsun? Məni dəyərləndirmədilər, mənə dəstək olmadılar. “TikTok”da yazırlar ki, “Əli nömrə birdir”, “Əli kişi adamdır”. Amma bu yolda səhhətim əldən getdi. İnsult keçirdim, özümü qorumadım, dərmanla yaşayıram. Heç televizora da baxmıram, mənə maraqlı deyil o verilişlər. Evdə, yataq şəraitində, xəstə halımla günümü keçirirəm”.
Cəvahir













