Brilliant Dadaşova: "Buna görə 600 min xərclədim"
“Yalnız istedadlı olmaqla iş bitmir, maddiyyat da önəmlidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “İki başlı” verilişində deyib.
O, istedadlı gənclərin maddiyyat üzündən sənətdən uzaq düşdüyünü bildirib:
“Yalnız istedadlı olmaqla iş bitmir, maddiyyat da önəmlidir. Mən vaxtilə öz vəsaitim hesabına “Akademiya” yaratdım. Buna görə 600 min manat məbləğ xərclədim. İşçilərə, aparıcıya maaş verirdim. Akademiyadan istedadlı gənclər çıxdı, lakin maddi çətinliklər səbəbindən sənətə davam edə bilməyənlər də oldu. Yəni maddiyyat vacibdir. Elə istedadlı gənclər var ki, maddi imkansızlıq ucbatından hazırda ortada yoxdurlar”.
Sənətçi imkanlı insanları istedadlı gənclərə dəstək olmağa çağırıb:
“Klipi nəzərə almasaq belə, yalnız mahnının bəstəsi, aranjimanı və studiya xərcləri 4-5 min manata başa gəlir. İmkanı olan şəxslər irəli durub istedadlı gənclərə dəstək olsunlar, kömək etsinlər. Biz bir dəfə, iki dəfə kömək edə bilirik, sonra özümüzə də kömək lazım olur”.
Nehru













