Hikmət Hacıyev: "4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır" - FOTO

media-hightechnic-468x90

“İtkin düşmüş şəxslər problemi Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı humanitar nəticələrindən biri olaraq qalır”.

media-banner_tuq

Yenicag.az-ın xəbərin görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında paylaşım edib.

“Birinci Qarabağ müharibəsindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, 4009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş hesab edilir. Minlərlə ailə yaxınlarının taleyi və harada olması barədə məlumat almaq kimi fundamental hüquqdan məhrum şəkildə qeyri-müəyyənlik içində yaşamağa davam edir.

Davam edən axtarış, qazıntı işləri və cəsədlərin identifikasiyası nəticəsində 889 insan qalığı ekshumasiya edilib, 313 itkin düşmüş şəxs DNT analizi və məhkəmə-tibbi ekspertizası yolu ilə identifikasiya edilib, 226 nəfər isə layiqli dəfn üçün dəfn üçün ailələrinə verilib.

Azərbaycanın azad edilmiş ərazilərində 32 kütləvi məzarlığın aşkarlanması humanitar faciənin miqyasının daha bir sübutudur və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsində davamlı əməkdaşlığa kəskin ehtiyac olduğunu vurğulayır.

İtkin düşmüş şəxslər probleminin həlli təkcə humanitar borc deyil. Bu, ədalət, insan ləyaqəti, barışıq və dayanıqlı sülh məsələsidir.

İdentifikasiya edilmiş hər bir insan ailələri cavablara yaxınlaşdırır. Aşkar edilmiş hər bir qalıq həqiqəti bərpa etməyə və xatirəni qorumağa kömək edir”, – deyə Hikmət Hacıyev paylaşımda bildirib.

media-img_7135

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05