Saatlıda qatar maşınla toqquşub: 3 nəfər ölüb - YENİLƏNİB
Saatlının Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub.
Yeniçağ.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir.
Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Saatlı rayonunda ağır yol qəzası baş verib.
İnsident rayonun Sarıcalar kəndində qeydə alınıb. Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır. (Apa)
Yeniçağ.Az