Saatlıq əməkhaqqı necə HESABLANACAQ? – Ekspert AÇIQLADI

media-hightechnic-468x90

“Əməkhaqqı saatlıq sistemə keçirildikdə Əmək Məcəlləsinə uyğun bölgü aparılacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov bildirib.

media-xeyal-besirov

O, Azərbaycanda yeni saatlıq əməkhaqqı sisteminə uyğun keçid edilməsi qaydasını izah edib:

“Azərbaycanda saatlıq əməkhaqqına keçirilməsi ilə bağlı bəzi məlumatlar gedir. Burada mümkünsüz bir şey yoxdur. Azərbaycanda indiyə qədər əməkhaqqıları aylıq olaraq ödənilirdi, indi isə fərqli formada aylıq əməkhaqqı şəxslərin gündəlik iş saatına uyğun şəkildə ödəniləcək. Şəxs, əgər gün ərzində işləməyəcəksə və ya neçə saat ərzində işləyəcəksə, aylıq maaşı iş saatlarına bölünərək əməkhaqqı çıxarılacaq. Yəni həmin əməkhaqqı vurulacaq saatlıq əməkhaqqına. Tutaq ki, gündəlik 8 saatlıq iş rejimində 5 iş günü həftəsində ay ərzində 20 gün işləyirsə və məsələn, 500 manat maaş alırsa, həmin o maaş 5 iş günü ilə vurulur, bu da təxminən 160 saat edir. Həmin məbləğ 160-a bölünüb hesablanır. Gələcəkdə bu qaydaya keçiriləcəksə, şəxsin işlədiyi saata uyğun əməkhaqqı vurularaq hesablanacaq. Bu da Əmək Qanunvericiliyinə uyğun şəkildə əməkhaqqılarının ödənilməsi mümkündür”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600