“Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.
Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı rusiyalı mütəxəssis paytaxt təmsilçisindən ayrılmaqla bağlı istəyini rəhbərliyin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.
Qeyd edək ki, Musayev 2021-ci ilin noyabr ayından “Sabah”ın baş məşqçisi kimi çalışırdı. Komandamız rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət).
“Sabah” ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
www.yenicag.az