Sabah bu prospektdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

media-hightechnic-468x90

Sabah saat 9:00-dan, 17 aprel saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Şamil Əzizbəyov küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600