Sabah hava necə olacaq?

media-hightechnic-468x90

Fevralın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 24-dən 25-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa