Sabah hava necə olacaq?
İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.