!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah qar yağacaq

!Reklam – Yazi

53493Sabah qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 02-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, havanın gecəyə doğru yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə 8-10, gündüz 10-13, axşama doğru 5 dərəcəyədək isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 2-də yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.(anspress.com)

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv