Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabaha olan hava proqnozu

İyunun 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 16-20° isti, gündüz 24-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 civə sütununadək yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

ETSN hava şəraiti ilə bağlı xəbərdarlıq da edib. Xəbərdarlıqda bildirilir ki, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Yenicag.az

www.yenicag.az

624
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100