Sabahdan Bakı-Pirşağı-Bakı elektrik qatarı hərəkətə başlayır - TARİFLƏR
Sabahdan Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Yenicag.az-a verilən məlumata görə, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.
Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.
Bakı-Pirşağı-Bakı marşrutu üzrə elektrik qatarının tarif cədvəli:
| İstiqamət | Tarif (manatla) | |||
| Ekonom | Biznes | |||
| Plastik kartla | çap olunmuş biletlə 
 
 | Plastik kartla | çap olunmuş biletlə 
 
 | |
| Bakı-Keşlə (Keşlə-Bakı) | 0.40 | 0.50 | 1.00 | 1.10 | 
| Bakı-Koroğlu (Koroğlu-Bakı) | 0.40 | 0.50 | 1.00 | 1.10 | 
| Bakı-Bakıxanov (Bakıxanov-Bakı) | 0.50 | 0.60 | 1.40 | 1.50 | 
| Bakı-Sabunçu (Sabunçu-Bakı) | 0.50 | 0.60 | 1.50 | 1.60 | 
| Bakı-Zabrat-1 (Zabrat-1-Bakı) | 0.60 | 0.70 | 1.60 | 1.70 | 
| Bakı-Zabrat-2 (Zabrat-2-Bakı) | 0.60 | 0.70 | 1.60 | 1.70 | 
| Bakı-Məhəmmədi-(Məhəmmədi-Bakı) | 0.70 | 0.80 | 1.70 | 1.80 | 
| Bakı-Pirşağı (Pirşağı-Bakı) | 0.80 | 0.90 | 1.80 | 1.90 | 













