2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilib. Bu çərçivədə 375 min m2 sahədə, ümumi uzunluğu 73,8 km təşkil edən 124 adda küçə və yol təmir edilib.