“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbulu tarixi açıqlanıb.
Yenicag.az xəbər verir ki, qəbul martın 1-də başlanacaq. Son tarix iyunun 15-dir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub. Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə ümumən 4 minədək təhsil proqramını əhatə edir.
İndiyədək “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsi üzrə 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.
www.yenicag.az