Bakıda və Abşeron yarımadasında mayın 22-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 22-də Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
www.yenicag.az