Sabahın hava proqnozu AÇIQLANDI

media-hightechnic-468x90

Ölkə ərazisində dekabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

media-banner_tuq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05