!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava proqnozu AÇIQLANDI

!Reklam – Yazi

Dekabrın 24-də müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosundan Yenicag.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm cive sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv