Sabiq deputatdan SƏRT SÖZLƏR: "Dövlətin ayırdığı vəsaiti basıb yeyirlər"
“Azərbaycanda məmurlar uyğun sahələr üçün maliyyə dəstəyini yalnız Dövlət babadan umurlar”.
Yenicag.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev gələn ilin dövlət büdcəsində kino sahəsi üçün vəsaitin ayrılmamasına münasibət bildirərkən deyib.
“Hər şeyi dövlətmi etməlidir? Dövlət babanın ayırdığı vəsaitin bir hissəsini isə basıb yeyirlər”, – deyən E. Əliyev Azərbaycan milyarderlərinim pullarını öz şəxsi məqsədləri üçün istifadə eydiklərini bildirib:
“Onlar üçün ictimai mənafe yaddır. Uzağa getməsinlər, qonşu ölkələrin milyarderlərinə baxsınlar. Bizim milyarderlərin təhsilin, elmin, mədəniyyətin inkişafına dəstəyi “sıfır”dır. XXI əsr – xeyriyyəçilik əsridir. Kinonun kollapsı mədəniyyətin sönməsidir”.
Yenicag.az












