!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq nazir ailəsi ilə birlikdə təyyarə qəzasında öldü

!Reklam – Yazi

db171db4a949846d0c8b2ee434945d22Kanadanın sabiq nəqliyyat naziri Jan Lapyer ailəsi ilə birlikdə kiçik mühərrikli təyyarənin Kvebek əyalətinin Madlen adalarında qəzaya uğraması nəticəsində ölüb.

APA-nın CBC-yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində Lapyer, onun həyat yoldaşı və ailə üzvləri olublar. Onların hamısı Lapyerin atasının dəfn mərasiminə yollanırmışlar. Jan Lapyerin qəzanın baş verdiyi Madlen adalarında anadan olduğu bildirilir.

Monrealdan Madlen adalarına uçan “Mitsubishi MU-2B-60” tipli təyyarənin eniş edən zaman qəzaya uğraması ehtimal olunur. İlkin versiyaya görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.
Baş nazir Castin Trüdo faciə ilə əlaqədar başsağlığı bildirib: “Jan Lapyerin Madlen adalarında qəfil ölümündən sarsıldım. Bu siyasi ictimaiyyət üçün böyük itkidir”

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv