Sabiq nazir əfv diləyib?

media-hightechnic-468x90

üüqsüdkoiMilli Məclisin deputatı Çingiz Qənizadə mayın 28-dək əfv olacağını bildirib.  

media-banner_tkm

O, deyib ki, Əfv Komissiyasının artıq bununla bağlı iki dəfə iclası keçirilib və yaxın günlərdə daha bir iclasının keçiriləcəyi gözlənilir.     

Millət vəkilinə görə, Ə.İnsanovla bağlı fərqli yanaşmalar var: “Eyni  zamanda Ə.İnsanovun əfvi ilə bağlı ayrı-ayrı hüquq müdafiəçiləri müraciət edib. Mən hesab edirəm ki, bu məsələ də son illərin mübahisəli həbsləri sırasındadır. Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarı var və bu işə yenidən baxılıb. O baxımdan hesab edirəm ki, bu məsələ xüsusi nəzarətdədir və əfv fərmanının tətbiqi zamanı onun nəzərə alınıb-alınmaması yəqin ki, müzakirə predmetidir”.  

Ə.İnsanovun vəkili Toğrul Babayev  bildirib ki, nə o, nə də sabiq nazir əfvlə bağlı heç kimə, o cümlədən də hüquq müdafiəçilərinə müraciət etməyib: “Ümumiyyətlə, bizim siyahıdan xəbərimiz yoxdur”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu  açıqlamasında qeyd edib ki, Ə.İnsanovla bağlı o, ölkə başçısına əfv müraciəti göndərib: “Şəxsən mən Əli İnsanovun azadlığa buraxılması üçün prezidentə və Əfv Komissiyasına müraciət etmişəm. Azərbaycanda səfərdə olan AŞPA-nın məruzəçilərilə görüşdə də Əli İnsanovun və digər şəxslərin həbs məsələlərinə toxunduq. Hesab edirəm ki, sabiq nazir bu dəfə azadlığa buraxılmalıdır. Çünki o, kifayət qədər cəzasını çəkib”(teleqraf.com).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05