Sabiq sədrdən müsavatçılara mesaj – “Nizamnaməni oxuyun”

media-hightechnic-468x90

скачанные файлыİbrahim İbrahimli: “Bu qərarın nizamnaməyə uyğunluğunu subut etməyə çalışanlara bildirmək istəyirəm ki, gələcəkdə belə ittihamlarla siz də cəzalana bilərsiniz”

“Musavat partiyası Binəqədi rayon təşkilatının şurası tərəfindən Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı 8-ci mikrorayon özəyinın qərarının ləğv edilməsinə dair partiyanın rəsmi açıqlamaları bir daha göstərir ki, təşkilatın indiki rəhbərliyinin nizamnaməni öyrənmələrinə ciddi ehtiyac var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Müsavat Partiyasının sabiq MNTK sədri İbrahim İbrahimli partiyanın hazırkı rəhbərliyinin V. Əyyubun partiya sıralarına bərpası ilə bağlı Binəqədi rayon təşkilatı Şurasının qərarını nizamnaməyə zidd hesab etməsilə bağlı rəyinə münasibət bildirərkən söylədi:

“Bildirmək ki, Nizamnaməyə görə özək sədri və ya şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər.-bu yanlışdır. Musavatın nizamnaməsinin heç bir bəndində belə qeyd yoxdur.
Nizamnamənin 3.7 bəndində göstərilir ki, şura üzvlərinin ümumi sayının yarıdan çoxunun razılığı ilə ciddi Nizamnamə pozuntusuna yol verən şura üzvlərini, o cümlədən, sədri, NTK üzvlərini müvafiq seçkili orqanlardan xaric edir və yığıncağın (konfransın) səlahiyyətinə aid orqanlara müvəqqəti seçkilər keçirilir.
Görəsən onlar hansı partiyanin nizamnaməsi ilə işləyirlər?.

Vurğun Əyyubun partiyaya bərpasının ( Şura tərəfindən özəyin qərarının ləgv edilməsi ) özək sədrinin və Şura uzvunun uzvlukdən çıxarılması qaydaları ilə əlaqələndirilərək nizamnamə pozuntusu kimi şərh edilməsi anlaşılan deyil. Bu məsələlərin bir-birinə umumiyyətlə aidiyyəti yoxdur. Binəqədi rayon təşkilatının qərarının nizamnaməyə uyğun olub-olmaması muhum məsələ deyil, çunki rəhbərlik tərəfindən istənilən halda qəbul edilməyəcək. Məsələnin muhum tərəfi V.Əyyubun partiyadan çıxarılmasına rayon təşkilatının etiraz etməsidir. Bu qərarın nizamnaməyə uyğunluğunu subut etməyə çalışanlara bildirmək istəyirəm ki, gələcəkdə belə ittihamlarla siz də cəzalana bilərsiniz. O zaman sizin cavab arqumentləriniz ciddi görunməyəcək”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600