!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq vəzifəli şəxslə xanım işçisi cinayət məsuliyyətinə cəlb edildilər

!Reklam – Yazi

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.

Yenicag.az-ın “Qafqazinfo”a istinadən məlumatına görə, eks-direktorla mühasib mərkəzə ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Onların əməllərinin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalarla açılıb.

Zərərçəkmiş qismində Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pullar köçürüb, sonradan həmin pulları nağdlaşdırılaraq mənimsəyiblər.

Mənimsənilən məbləğ isə 175 min 365 manatdır.

Direktor Hüseynov ittihamları qəbul etməsə də, xanım baş mühasib istintaqda özünü təqsirli bilib. İfadələri arasında ziddiyyət olduğu üçün müstəntiq onları üzləşdirib. Üzləşmə zamanı A.Babayeva əməllərini M.Hüseynovun üzünə deyərək onu ifşa edib. Xanım müttəhim etiraf edib ki, əməkdaşların kartlarına köçürülən əlavə pul vəsaitlərini və mükafat pullarını onlardan yığaraq direktora verib. Qeyd edib ki, mənimsənilən pulların 90 faizi direktora 10 faizi ona qalıb.

Qeyd olunan əməllərə görə, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci ( külli miqdarda mənimsəmə) və 308.2 ( vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Müttəhimlər heç biri həbsdə deyil. Onlar barəsində istintaq dövrü müddətində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

İş araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun icraatına verilib. İlk iclas yaxın günlərdə keçiriləcək.

COP29

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv