Sabiq XİN rəhbəri 2001-ci il danışıqlarından: "Elə bir proyekt var idi..."

media-hightechnic-468x90

Sabiq xarici işlər naziri Vilayət Quliyev (1999-2004) Azərbaycan və Ermənistan arasında ABŞ-nin Florida ştatında keçirilən “Key West danışıqları”nın bəzi təfərrüatlarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, sabiq XİN rəhbəri İTV-nin efirində yayımlanan “Təmas xətti” layihəsində qonaq olarkən bildirib ki, 2001-ci ildə keçirilən bu danışıqlar münaqişənin həll edilməsi yönündə mühüm inkişaf mərhələlərindən biri kimi qiymətləndirilirdi.

O vurğulayıb ki, bu danışıqlarda münaqişənin müəyyən ərazi mübadiləsi çərçivəsində həlli gündəmə gəlmişdi:

“Təbii ki, Azərbaycanın tələbləri Ermənistan tərəfindən qarşılanmadığı üçün biz bu həll metodundan birdəfəlik imtina etdik”.

Aparıcının “ərazi mübadiləsi deyiləndə Azərbaycan keçmiş Dağlıq Qarabağı ermənilərə verir, onlar isə qarşılığında bizə Zəngəzurur qaytarır?” sualına diplomat cavab verib:

“Elə bir proyekt var idi”.

O həmçinin əlavə edib ki, həmsədrlər arasında tam qarşılıqlı anlaşma yox idi:

“Bu mənada “Key West danışıqları”nda qeyri-səmimi ab-hava var idi. Sanki hərə öz oyununu oynayırdı və Azərbaycan təbii ki, bu oyunda onların istəyi ilə hərəkət edən fiqur olmaq istəmirdi. Prezidentimiz də lazımi məqamda öz mövqeyini bildirdi və bununla da bu iddia tarixə qovuşdu”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa