Şabran rayonunda təbii qaz

media-hightechnic-468x90

gas_230913Bu gün Şabran rayonunun Zeyvə kəndinə təbii qaz verilməsi münasibətilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə rayon İcra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, 350 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1136 metr olan müxtəlif diametrli polietilen və 24 948 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 74 ədəd siyirtmə, 350 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qaz verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. (trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600