Şabranda dəhşətli yol qəzası baş verib

media-hightechnic-468x90

eŞabran rayonunda ağır yol qəzası baş verib.

Bakı-Şabran avtomobil yolunun 129-cu kilometrliyində, Şabran rayonu ərazisində “Mercedes” və “Nissan” markalı minik avtomobilləri toqquşub.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, iki avtomobildə birlikdə 5 nəfər sıxılaraq qalıb, “Mercedes” markalı avtomobilin sürücüsü isə ölüb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış 5 nəfər yaralını, habelə “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Nəriman Mənsur oğlunun cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər(teleqraf.com).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa