Şabranda yük maşını ilə avtomobil toqquşub-Fotolar

media-hightechnic-468x90

9cc54291390e65c8cd3946e690bf7de0Bu gün səhər saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 121-ci km-də qeydə alınıb.

Siyəzən rayon sakini, 1979-cu il təvəllüdlü Cümşüd Qəhrəmanovun idarə etdiyi 40-BB-304 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı maşınla Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramiz Hüseynovun idarə etdiyi “Mercedes” markalı, 99-HL-046 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600