!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saçları daha sağlam edən 5 məhsul

!Reklam – Yazi

Gözəl saçlar yalnız yaxşı qulluğun deyil, həm də düzgün qidalanmanın nəticəsidir.

Şirniyyat və fəstfuddan imtina etmək hamının xoşuna gəlmir, amma keyfiyyətli qidalanmanın üstünlükləri danılmazdır.

Saç folikulları tez-tez dəyişir, onların faydalı maddələrə ehtiyacı var. Kalori məhdudlaşdırması nəticəsində vitamin, mineral, zülal, yağ turşuları azalır, bu, saç və baş dərisi strukturunda dəyişikliklərə, hətta saçların vəziyyətinin pisləşməsinə səbəb olur. Bəs saçların sağlam görünməsi üçün nə yeməliyik?

Saçların sağlam və gur olması üçün kifayət qədər vitamin və mikroelementlər tələb olunur:

– Dəmir

– A vitamini

– B qrupu vitaminləri, xüsusilə В6 və В12

– D vitamini

– Omeqa-3 yağ turşuları

– Sink

– Selen

– Maqnezium

Sağlam qidalanmaya baxmayaraq, saçlar tökülməyə və solğunlaşmağa davam edirsə, bu, daxili orqanların xəstəlikləri ilə bağlı ola bilər. Məsələn, tiroid vəzi. Bu halda həkimə müraciət etmək lazımdır.

1. Qoz

Araşdırmalar göstərib ki, Omeqa-3 və Omeqa-6 yağ turşuları saç tökülməsinin qarşısını alır və onların artımını stimullaşdırır. Bundan başqa, qoz yağı baş dərisi və saç folikulları üçün təbii elementdir. Qoz B və E vitamini, həmçinin sinklə zəngindir. E vitamini saç üçün xüsusilə faydalıdır, o baş dərisinin iltihablanmasının qarşısını alır və hüceyrələrin sağlam qalmasına kömək edir.

2. Qırmızı ət

Araşdırmalara görə, yer üzündə insanların 80% -i dəmir çatışmazlığından əziyyət çəkir. Hətta dəmir səviyyəsinin çox az dəyişməsi də saçlara mənfi təsir göstərə bilər. Dəmirin ən zəngin mənbəyi qırmızı ətdir.

3. İspanaq

İspanaq da əla dəmir mənbəyidir. Bundan başqa, o, fol turşusuyla, A və C vitaminləriylə zəngindir, Sonuncu saçların möhkəmlənməsi və kollagen sintezi üçün vacibdir.

4. Yumurta

Zülal və biotin mənbəyi olan yumurta saç üçün çox vacibdir. Bundan başqa, onda saçlar üçün vacib olan D vitamini də var.

5. Qızıl balıq

Yağlı balıq zülal, D vitamini və yağlı turşularla zəngindir. Bu komponentlər baş dərisinin vəziyyətini yaxşılaşdırır və saçların yaxşı görünməsini təmin edir.

COP29

www.yenicag.az

1839
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv