Sadəcə isim bənzərliyi yoxsa meydan oxuma? – Videolar
Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası yeni reklam filmi ilə gündəmi dəyişdirdi. Olduqca təsirli video Novruz bayramı ilə bağlı təbrik xarakteri daşıyır.
Qeyd edək ki, AKP reklam rolikləri ilə də gündəm yaratmağı bacarır. Bundan öncəki reklam rolikləri də ciddi reytinq rekordu vurmuşdu.
Videonun adının “Salam olsun Bahara” olması isə Gülən Camaatının bu günlərdə çəkdikləri “Salam Bahara yolçuluq” filmini ağıla gətirdi. Həmin film AKP-nin Gülən məktəblərini bağlanması ilə bağlı izlədiyi siyasətə qarşı çəkilib. Gülən də film vizyona girmədən öncəki həftə söhbətinin adını “Bahara yolçuluq” (Salam) qoyaraq, müridlərinə lazımi mesajı vermişdi.