Şagird məktəbə hücum etdi: yaralıların sayı artıb - YENİLƏNİB
Türkiyədə liseyə edilən silahlı hücumda yaralananların sayı artıb.
NTV-nin xəbərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb.
Şanlıurfa valisi bildirib ki, hücumu törədən məktəbli özünü öldürüb.
Onun sözlərinə görə, yaralıların əksəriyyəti şagirdlərdir, bir müəllimin vəziyyəti ağırdır.

***
Türkiyədə məktəbə silahlı hücum olub.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, hadisə ölkənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib. Məktəbə tügənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində ilkin məlumata görə 7 nəfər yaralanıb.
Hücum edən şəxsin də məktəbli olduğu və şagirdlərdən bəzilərini girov götürdüyü bildirilir.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.













