Ağstafada yol qəzası: 3 nəfər xəsarət alıb
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az APA-nın yerli bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Ç.Mustafayev, 1980-ci il təvəllüdlü E.Rəhimov və A.Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.













