TƏBİB qəzada yaralananların VƏZİYYƏTİNİ AÇIQLADI- YENİLƏNİB

media-hightechnic-468x90

Mayın 12-də 07:30 radələrində Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

media-banner_tuq

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

Sabirabadda baş vermiş qəza nəticəsində “VAZ 2109”-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb.

Yenicag.az xəbər verir ki, digər avtomobillərdə olan sərnişinlər 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər./APA /

***

Sabirabadda zəncirvari qəzanın baş verməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yenicag.az APA-nın Mil-Muğan bürosunun məlumatına istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus, “VAZ 2109”, “Opel” və “Qazel” markalı avtomobillərin toqquşması ilə baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05