Sahibə Qafarova İndoneziyada səfərdədir

media-hightechnic-468x90

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfərə gəlib.

media-banner_tkm

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Cakarta Sukarno-Hatta Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini ölkəmizin İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitinin tədbirlərinə qatılacaq, sessiyalarda çıxış edəcək və sammitdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05