Şahin Bağırov 3 post rəisinin vəzifəsini dəyişdi

media-hightechnic-468x90

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

Yenicag.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrlərə əsasən, Qırmızı Körpü gömrük postunun rəisi Rinat Yolçuyev Samur gömrük postunun baş inspektoru, Balakən gömrük postunun rəisi olan Xətayi Məmmədli Şəki gömrük postunun böyük inspektoru, Böyük Kəsik gömrük postunun rəisi Nail Muradov isə Qırmızı Körpü gömrük postunun böyük inspektoru vəzifəsinə təyin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600