Şahmat Olimpiadası: Azərbaycan yığmaları növbəti görüşlərini keçirəcək
Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçirəcək.
Yenicag.az xəbər verir ki, IX turda kişi şahmatçılar Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Ümumdünya Şahmat Olimpiadası
IX tur
Kişilər
Hindistan-2 – Azərbaycan
Qukeş Dommaracu – Şəhriyar Məmmədyarov
Nixal Sarin – Rauf Məmmədov
Rameşbabu Praqqnanandha – Vasif Durarbəyli
Raunak Sadvani – Nicat Abbasov
Qadınlar
Azərbaycan – Monqolustan
Günay Məmmədzadə – Enhtul Altan-Ulzi
Xanım Balacayeva – Bayarjarqal Bayarmaa
Gövhər Beydullayeva – Turmunk Munheul
Gülnar Məmmədova – Bat-Erdene Munquneul
Qeyd edək ki, hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.