Şahmat turnirinin final oyunu təxirə salındı

media-hightechnic-468x90

NNMNJİMüsavat “Rəsulzadə 130” şahmat turnirinin final oyununu təxirə saldı.

Səbəb finalçılardan birinin – Müsavatın Səbail rayon təşkilatının şura üzvü Mübariz Hüseynlinin həyat yoldaşının dəm qazından zəhərlənib, vəfat etməsidir

Müsavat Partiyası görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyi ilə bağlı keçirdiyi şahmat turnirinin final oyununu təxirə salıb. Bu barədə musavat.com-a turnirin Təşkilat Komitəsinin sədri Yusif Tağı məlumat verib.

Onun sözlərinə görə, şahmat turnirinin final oyunun təxirə salınmasına səbəb finalçılardan birinin – partiyanın Səbail rayon təşkilatının şura üzvü Mübariz Hüseynlinin həyat yoldaşının dəm qazından zəhərlənib ölməsidir.

Yusif Tağı onu da bildirdi ki, turnirin final oyunu keçirilməyə də bilər: “Bildiyimiz kimi, turnirin final oyunu martın 18-də keçirilməli idi. Amma dünən eşitdik ki, turnirin finalına çıxmış Mübariz Hüseynlinin həyat yoldaşı faciəli şəkildə dünyasını dəyişib. Bununla bağlı Mübariz bəyin özü ilə danışacağıq. Ola bilsin ki, final oyunundan imtina edə bilər. Onun qərarından sonra final oyunun keçirilib-keçirilməyəcəyi bəlli olacaq. Tarix də o zaman bilinəcək”.

Qeyd edək ki, hadisə ehtiyatsızlıq ucbatından dünən günorta saatlarında baş verib. Nəticədə partiya fəalının həyat yoldaşı dünyasını dəyişib.

musavat.com

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600