Şahzadənin oğlu ilə bağlı ŞOK İDDİA – Cinsi zorakılıqda ittiham EDİLİR
Yenicag.az xəbər verir ki, Norveç vəliəhd şahzadəsi Mette-Marit’in oğlu Marius Borq diplomatik pasportdan məhrum edilib. Səbəb isə ona qarşı irəli sürülən 23 ayrı cinsi zorakılıq ittihamıdır.
Yenicag.az xəbər verir ki, Borq bu ittihamların kölgəsində Portuqaliyaya səyahət edib və qardaşı Şahzadə Sverre Maqnusla bir neçə gün orada vaxt keçirib.
Lakin bu səfər onun üçün baha başa gəlib. Norveç ictimaiyyəti onun belə bir həssas vəziyyətdə ölkə xaricinə çıxmasına sərt reaksiya verib. Bunun ardınca Xarici İşlər Nazirliyi təcili qərar qəbul edərək, onun uşaqlığından bəri sahib olduğu diplomatik pasportunu ləğv edib.
Qeyd edək ki, Marius Mette-Maritin vəliəhd şahzadə ilə evlənməzdən əvvəlki münasibətindən dünyaya gəlib. Norveç Kral Evinin protokoluna əsasən, “şahzadə” və “şahzadə xanım” titulları yalnız monarxın rəsmi və varis olan uşaqlarına və nəvələrinə verilir. Üstəlik, bu titul adətən ata xətti ilə ötürülür. Mariusun atası kral ailəsinə mənsub olmadığı üçün o, heç bir titul almamış və krallıq protokolunda “sivil” statusda qalır. Marius nə dövlət tədbirlərində iştirak edir, nə də protokol öhdəlikləri var. O, yalnız ailəvi tədbirlərdə görünür və taxt-tac varisliyi sıralamasında yer almır.