!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda ağır qəza - 4 yaşlı uşaq öldü

!Reklam – Yazi

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” markalı avtomobil idaretmədən çıxaraq yolun kənarındakı su kanılına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı xəsarət alıb, 4 yaşlı uşağı isə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar.

Yaralılar “təcili yardım” maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.yenicag.az

6580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv